İdman

Yeni transferi “Qarabağ”dan ayrılır

Metbuat.az

“Qarabağ”ın bu yaxınlarda heyətinə cəlb etdiyi Dani Kuintana Azərbaycanı tərk etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Əl-Əhli”dən alınan hücumçu ölkəsi İspaniyaya gedəcək.

28 yaşlı forvard martın 15-də vətəninə yollanacaq. O, İspaniyada qalacağı bir həftə ərzində baş məşqçi Qurban Qurbanovun verəcəyi proqrama uyğun məşqlərini davam etdirəcək. Martın 18-də çempionat oyunundan sonra “Qarabağ”ın digər futbolçuları da 3 günlük istirahətə buraxılacaq. Komanda martın 22-də toplaşacaq ki, Kuintana da həmin gün düşərgədə olacaq.

Qeyd edək ki, Kuintana bu mövsüm iki klubun formasını geyindiyi üçün “Qarabağ”da yalnız gələn mövsüm debüt edə biləcək.