İdman

Xavi Amerikaya gedir

Metbuat.az
"Barselona"nın futbolçusu Xavi Hernandez mövsümün sonunda komandadan ayrılacaq.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri "Marca" qəzeti yayıb.

Təcrübəli futbolçunun Amerikaya üz tutacağı gözlənilir. İspaniya milli komandasının üzvünün ABŞ-ın "Nyu-York Siti" klubu ilə anlaşdığı bildirilir. Xavi ötən yayda komandadan ayrılmaq istəsə də, baş məşqçi Luis Enrike onun getməsinə icazə verməmişdi.
 
Qeyd edək ki, "Nyu-York Siti"də hazırda Xavinin sabiq komanda yoldaşı David Vilya çıxış edir.

Milli.Az