İdman

Xaşalov medal qazandı

Metbuat.az

Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.



Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, güləşçilərimiz turnirdə 1 bürünc medal qazanıb.



Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) mübarizə aparıb. Yığmamızın qazandığı bürünc medalı 55 kq çəki dərəcəsində yarışan Əfqan Xaşalov əldə edib.



Olimpiya dərəcəli hakim Hicran Şərifov turnirdə Dünya Güləş Birliyinin nümayəndəsi kimi yarışların gedişinə nəzarət edib.


Mənbə
ANS PRESS