İdman

Veteran futbolçular və KİV nümayəndələri arasında futbol üzrə mini-matç keçirilib

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Bu il 10-cu dəfə qeyd edilən Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ölkəmizin şəhər və rayonlarında bir sıra idman tədbirləri keçirir.


AZƏRTAC

xəbər verir ki, Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə veteran futbolçular və KİV nümayəndələri arasında futbol üzrə iki taymdan ibarət mini-matç keçirilib. 40 dəqiqə davam etmiş görüş 6:6 hesabı ilə başa çatıb.


Oyundan sonra matçın iştirakçılarına diplomlar və hədiyyələr təqdim edilib.