İdman

Uşaq evinin özündən ağır yük qaldıran qızı - FOTO

Metbuat.az

Lənkəran Osman Mirzəyev adına qarışıq tipli uşaq evində incəsənətə və idmanın müxtəlif növlərinə həvəs göstərən uşaqlara rast gəlmək olar. Elə burada yaşayıb təhsil alan və idmanın ağır atletika növünə böyük maraq göstərən

Şəfa Fərəcova

kimi



Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, 13 yaşlı

Şəfa Fərəcova

ağır atletika idman növünə uşaq yaşlarından həvəsli olub. O, dəfələrlə ağır atletika üzrə rayon və respublika yarışlarında iştirak edib. Bir neçə dəfə 1, 2 və 3-cü yerləri tutaraq medallarla təltif olunub. Bu yaxınlarda isə Bakıda keçirilən ağır atletika üzrə respublika çempionatından da qızıl medalla qayıdıb. Bizə də öz məharətlərini göstərən balaca idmançı sevincini bölüşdü.



Fərəcova Şəfa: "Mən gedəndə bilmirdim 1-ci yeri tutub qayıdacam, qorxurdum, həyəcan keçirirdim ki, birdən uduzaram. Sonra məni pamosa çağıranda mən həyəcanla pamosun üzərinə çıxdım, dedilər Fərəcova Şəfa birinci yer, mən çox sevindim. Ona görə bu idman növünü axıra qədər davam edəcəm".



Şəfanın daha bir arzusu da var. Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandırmaq, himnimizi səsləndirmək. Dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunan uşaq evində idman sahəsində uğur qazanan tək Şəfa deyil.


Məlumat üçün bildirək ki, uşaq evinin sakinləri bu vaxta qədər ümumilkdə idmanın müxtəlif sahələri üzrə 50 medal qazanıb ki, bunun da 9-u qızıl, 18-i gümüş, 23-ü isə bürünc medaldır.



Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin