İdman

Ukrayna Futbol Federasiyasının yeni prezidenti seçilib

Metbuat.az

Kiyev, 6 mart,

AZƏRTAC

Ukrayna Futbol Federasiyasının (UFF) vitse-prezidenti, VIII çağırış Ukrayna xalq deputatı Andrey Pavelko (“Pyotr Poroşenkonun bloku” fraksiyası) UFF-nin yeni prezidenti vəzifəsinə seçilib.


Federasiyanın növbədənkənar 17-ci konqresində 137 nümayəndədən 122-si ona səs verib.


“Dnepr” futbol klubunun prezidenti İqor Kolomoyskinin namizədliyinə 8 səs, Lvov vilayət futbol federasiyasının rəhbəri Yaroslav Qrisyonun namizədliyinə 7 səs verilib.


UFF prezidenti gizli səsvermə yolu ilə seçilib.


Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev