İdman
UEFA PSJ-nin müraciətini rədd etdi
UEFA PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin qırmızı vərəqəsinin ləğvi ilə bağlı müraciətinə cavab verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Paris təmsilçisinin müraciətini rədd edib.
İsveçli hücumçuya veriləcək cəzanın yaxın günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, Z.İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə qarşı cavab matçının (2:2) 30-cu dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.
Milli.Az
Milli.Az