İdman

UEFA Avropa liqasının1/8 final mərhələsinin ilk oyunları meydan sahiblərinin üstünlüyü ilə keçib

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

UEFA Avropa liqasının 1/8 final mərhələsinin ilk oyunları meydan sahiblərinin üstünlüyü ilə keçib. Belə ki, səkkiz qarşılaşmadan altısı onların qələbəsi ilə başa çatıb. Bir oyunda qonaq komanda qalib gəlib, bir oyun isə heç-heçə qurtarıb.


Nəticələrlə tanış olun:


“Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə) – 2:1, “Zenit” (Rusiya) – “Torino” (İtaliya) – 2:0, “Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya) – 1:0, “Volfsburq” (Almaniya) - “İnter” (İtaliya) – 3:1, “Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) – 2:1, “Fiorentina” (İtaliya) - “Roma” (İtaliya) – 1:1, “Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya) -3:1, “Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) – 1:3.


Cavab qarşılaşmaları martın 19-da keçiriləcək.