İdman

UEFA Avropa liqası: “Beşiktaş” “Brügge”yə minimal hesabla uduzdu

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

UEFA Avropa liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir. Bu mərhələnin bütün görüşləri eyni gündə oynanılır.


Bir qədər əvvəl “Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə) qarşılaşması başa çatıb. Hesabı ikinci hissəsinin ilk dəqiqələrində Türkiyəli futbolçular açsalar da, sonradan öz qapılarından iki top buraxıblar. Beləliklə, ilk oyun 2:1 hesabı ilə “Brügge”nin xeyrinə nəticələnib.


Başa çatmış digər üç oyunda aşağıdakı nəticələr qeydə alınıb:


“Zenit” (Rusiya) – “Torino” (İtaliya) – 2:0, “Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya) – 1:0, “Volfsburq” (Almaniya) - “İnter” (İtaliya) – 3:1.


Bu dəqiqələrdə isə ““Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna), “Fiorentina” (İtaliya) - “Roma” (İtaliya), “Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya), “Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) qarşılaşmaları oynanılır.