Türkiyəli qadın boksçu Qamze Başara “Bakı-2015”də yarışmaq imkanı verilib
Bakı, 24 mart,
AZƏRTAC
Türkiyəli qadın boksçu Qamze Başar birinci Avropa Oyunları zamanı boks yarışlarında iştirak edəcək.
AZƏRTAC
“Bakı-2015”in saytına istinadla xəbər verir ki, Q.Başar “Bakı-2015” birinci Avropa Oyunlarında Türkiyəni 60 kiloqram çəki dərəcəsində təmsil edəcək.
Türkiyə Boks Federasiyası Q.Başarın Azərbaycanda yarışmasına “Rio-2016” Olimpiya Oyunlarına kvalifikasiya üçün hazırlanmağa yaxşı imkan yaratdığı fikrindədir.
“Avropa Oyunları Rio-2016 üçün yaxşı məşqdir. Bakıda əldə edəcəyimiz nəticələr bizə Rioya gedən yolda hansı mövqedə dayandığımızı göstərəcək” – deyə Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç deyib.
Birinci Avropa Oyunları bütövlükdə Türkiyə boks ictimaiyyəti üçün vacib hədəf olduğunu deyən E.Gözgeç deyib: “İdmançılarımız, məşqçilərimiz və federasiyamız bunun üçün gecə-gündüz ciddi-cəhdlə çalışırlar”.