İdman

Türkiyədə daha bir baş məşqçi istefası

Metbuat.az

Güvənc Kurtarın "Adanaspor"dan istefasından sonra daha bir Türkiyə klubu baş məşqçisiz qalıb.



ANS PRESS-in məlumatına görə, Super Liqada çıхış edən "Kayseri Ərciyəsspor"un baş məşqçisi Mehmet Özdilek postunu tərk edib.



Məlumata görə, çalışdırıcının istefası bu gün klubun İdarə Heyəti tərəfindən qəbul edilib. Uğur Tütünekerin istefasından sonra qış fasiləsində komandanın başına keçən Mehmet Özdilek 9 matçda 2 qələbə qazanıb və 7 dəfə məğlub olub.



Onun "Kayseri Ərciyəsspor"dakı fəaliyyəti 2.5 ay davam edib.



Mənbə
ANS PRESS