İdman

Türkiyə millisi üçün şad xəbər

Metbuat.az

Hollandiya millisinin və "Bavariya"nın ulduz futbolçusu Aryen Robben zədələnib.



ANS PRESS-in məlumatına görə, Almaniya bundesliqasının son turunda "Borussiya"ya (Münxenqladbax) qarşı matçda rəqib futbolçu ilə toqquşan təcrübəli oyunçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.



Bu isə o deməkdir ki, Robben Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-i keçiriləcək Türkiyə ilə oyunu buraxmalı olacaq. Artıq onun adı sözügedən oyun üçün heyətdən çıxarılıb.



Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə
ANS PRESS