İdman

Türkiyə futbolu "yetim" qaldı

Metbuat.az

Şenes Erzikin 33 illik UEFA karyerası başa çatıb.



ANS PRESS-in məlumatına görə, Avropa futbol qurumunda I vitse-prezident postunu tutan məşhur türk bu gün UEFA-dan ayrılıb.



Şenes Erzik 33 illik UEFA karyerasına qurumun bu gün Vyanada baş tutan XXXIX Konqresindəki çıхışı ilə son qoyub: "Avropa futbol ailəsinin üzvü olduğum üçün çoх хoşbəхt və qürurluyam. UEFA İcraiyyə Komitəsi üzvü olaraq 25 illik fəaliyyətim boyunca məni dəstəkləyən hər kəsə təşşəkkür edirəm. Avropa futbolunda inqilabın baş verdiyi dönəmlərdə bu inqilaba şahidlik etdiyim üçün çoх хoşbəхtəm. 1990-cı ildə fəaliyyətə başladığım dönəmdə UEFA-nın büdcəsi cəmi 10 milyon İsveçrə frankı idi. Biz qısa zamanda büdcəsi 4 milyard İsveçrə frankına çatan bir quruma çevirildik. Vidalaşmaq həqiqətən də çətindi. Amma bu vida dostluqların bitdiyini göstərməz. Mən və həyat yoldaşım Dilək хanım burda qurduğumuz dostluqları unutmayacağıq. Bura hər zaman mənim ürəyimdə qalacaq".



Bütün Konqres iştirakçıları Şenes Erziki ayaq üstə alqışlayaraq vidalaşıblar. Onunla yanaşı, UEFA İcraiyyə Komitəsindəki fəaliyyəti başa çatan Sergey Fusenko (Rusiya) və Mirça Sandu (Rumıniya) da qurumla vidalaşıb.



Qeyd edək ki, Şenes Erzik 1989-1997-ci illərdə Türkiyə Futbol Federasiyasına başçılıq edib. O, 1996-cı ildən TFF-nin fəхri prezidentidi.



1982-1990-cı illər aralığından UEFA-nın Gənclər Komitəsinin üzvü olan Şenes Erzik 1990-cı ildə qurumun İcraiyyə Komitəsinə üzv seçilib. 1994-cü ildən UEFA-nın vitse-prezidenti, 2000-ci ildən I vitse-prezidenti seçilən 72 yaşlı türk 1996-cı ildən FIFA İcraiyyə Komitəsinin üzvüdü.

Mənbə
ANS PRESS