İdman

Tovuzda yeni stadion istifadəyə verilib

Metbuat.az

Tovuz, 21 mart,

AZƏRTAC

Futbolun beşiyi sayılan Tovuzda ilk dəfə olaraq üstü bağlı, müasir standartlara cavab verən mini stadion istifadəyə verilib.


AZƏRTAC

xəbər verir ki, Novruz bayramı ərəfəsində futbolsevərlərin ixtiyarına verilən stadionda gələcəkdə müxtəlif yarışların keçirilməsi də mümükün olacaq. Bundan başqa, gənc futbolçuların yetişməsi üçün burada lazımi şərait yaradılıb. Mini arenanın açılışını edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək bu cür arenaların bölgələrdə istifadəyə verilməsinin böyük əhəmiyyəti olduğunu qeyd edib. Milli komandamızın, həmçinin müxtəlif klubların heyətində oynayan futbolçuların əksəriyyətinin Tovuzda yetişdiyini qeyd edərək bildirib ki, bu cür müasir stadionların kəndlərdə də tikilməsi lazımdır. Topa ilk zərbəni vuran rayon rəhbəri futbolçulara uğurlar arzulayıb.


Qeyd edək ki, mini arenada veteran futbolçu Nadir Nəbiyev və digərləri bu idman növünün sirlərini gənclərə öyrədəcəklər.