İdman
Terri: "Kənardan yaxşı görünmür, amma..."
Con Terri Çempionlar Liqasının 1/8 final matçında İbrahimoviçin qırmızı vərəqə aldığı epizod barədə danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Çelsi"nin kapitanı baş hakimə təzyiq göstərməyi təqdir etməsə də, lazım bilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Çelsi"nin kapitanı baş hakimə təzyiq göstərməyi təqdir etməsə də, lazım bilib.
"Hər komanda bacardığı kimi oynayır. Onlar referiyə təzyiq göstərirsə, biz də eyni şeyi etməliyik. Rəqibin hakimi əhatəyə alıb bizim futbolçular üçün vərəqə tələb etməsinə yol verə bilmərik. Hakimə yaxınlaşmaq üçün 20-30 metr qaçanda kənardan yaxşı görünmür. Amma PSJ futbolçularının hakimə necə təzyiq etdiyinə sakitcə baxmaq istəmirəm. Mən sadəcə komanda yoldaşlarıma dəstək verirəm. Razıyam, kənardan xoşagələn səhnə deyil. Amma oyunun bir hissəsidir".
Qeyd edək ki, İbrahimoviç qırmızı vərəqə epizodunda "Çelsi" futbolçularının hakimə təzyiqini "hakimin yanına qaçan 8 uşaq" kimi ümumiləşdirmişdi.
Milli.Az
Milli.Az