İdman
Milli.Az
Sxadadze 5 futbolçuya qapını göstərdi
Gürcüstan millisinin heyətində dəyişiklik edilib. Milli.Az
goal.az-a istinadən xəbər verir ki, Bakı "İnter"inin müdafiəçisi
Laşa Salukvadzemillinin düşərgəsindən ayrılmalı olub.
Eyni zamanda "İnter"in də baş məşqçisi olan gürcülərin çalışdırıcısı
Kaxaber SxadadzeSalukvadze ilə yanaşı, daha dörd oyunçunu ilk siyahıdan çıxarıb.
Gürcüstan millisi martın 25-də Malta ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Ayın 29-da isə bu komandanı Almaniya ilə seçmə mərhələ oyunu gözləyir.
Milli.Az