İdman

Sumqayıtda yeniyetmələr arasında şahmat turnirinin qalibləri mükafatlandırılıb

Metbuat.az

Sumqayıt, 17 mart,

AZƏRTAC

Sumqayıtda “Reduco” Tədris Mərkəzinin təşkilatçılığı ilə şahmat turniri keçirilib. Turnirdə 15 yaşınadək 20-dən artıq həvəskar şahmatçı iştirak edib.


AZƏRTAC

xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə Səbinə Rzalı bütün rəqiblərini üstələyərək turnirin əsas mükafatına sahib çıxıb. Jalə Kərimli və Süleyman Rüstəmov isə müvafiq olaraq II və III yerləri tutublar.


Qaliblər kuboklar və sertifikatlarla mükafatlandırılıblar.