İdman

“Simurq” Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinalçıları müəyyənləşib.


AZƏRTAC

xəbər verir ki, iki oyunun nəticəsinə əsasən (3:0, 0:0) “Qəbələ”ni məğlub edən “Simurq” tarixində ilk dəfə bu mərhələyə yüksəlib. İndiyədək kubokun yarımfinalına vəsiqə qazana bilməyən Zaqatala təmsilçisi buna nail olan 27-ci klubdur.


Belə ki, 1992-ci ildən bunadək əvvəlki 22 mövsümdə 26 komanda ən güclü 4 klub sırasına düşə bilmişdi. “Neftçi” hamıdan çox – 14-cü, “Qarabağ” 12-ci dəfə bunu bacarıb. “İnter” isə 8-ci uğuru ilə “Bakı” və “Xəzər Lənkəran”a çatıb.


Qeyd edək ki, yarımfinalda “Neftçi” klubu “İnter” ilə, “Qarabağ” komandası isə “Simurq” ilə qarşılaşacaq. Yarımfinal mərhələdə ilk oyunlar aprelin 13-də, cavab qarşılaşmaları isə aprelin 21-də keçiriləcək.