İdman

“Şeytan” gecə öldü-dirildi (VİDEO)

Metbuat.az

İngiltərə Premyer Liqasında 28-ci turun oyunlarına yekun vurulub.



ASN PRESS-in məlumatına görə, İngiltərə Premyer Liqasının 28-ci həftəsinin son oyun günündə yeddi qarşılaşma baş tutub.



Gecənin ən maraqlı qarşılaşmalarından biri “Sports Direct Arena”da keçirilən “Mançester Yunayted”lə “Nyukasl” oyunu olub. “Qırmızı şeytanlar” səfərdə çətinliklə üzləşiblər.



Lui van Qalın yetirmələri 11 dəfə rəqib qapısına yol tapsalar da onlar bu hücumları tamamlaya bilməyiblər.



MANU 89-cu dəqiqədə öz istəyinə çatıb. Eşli Yanqın vurduğu qol komandasına 3 xal gətirib.



Bu xalla “Qırmızı şeytanlar” xalını 53-ə çatdıraraq 4-cü sıraya yüksəliblər.




4 mart


İngiltərə Premyer Liqası, XXVIII tur oyunları:



“Mançester Siti” – “Lester” - 2:0


Qollar: Silva, 45+2, Milner, 88



KPR – “Arsenal” - 1:2


Qollar: Jiru, 64 (0:1), Sançes, 69 (0:2), Austin, 82 (1:2)



“Stok Siti” – “Everton” - 2:0


Qollar: Moses, 32, Diouf, 85



“Tottenhem” – “Suonsi” - 3:2


Qollar: Kadli, 7 (1:0), Ki Sunq-Yonq, 19 (1:1), Mason, 51 (2:1), Tounsend, 60 (3:1), Siqurdson, 89 (3:2)



“Vest Hem” – “Çelsi” - 0:1


Qol: Azard, 22



“Liverpul” – “Bernli” - 2:0


Qollar: Henderson, 29, Sturridc, 51



“Aston Villa” – “Vest Bromviç” - 2:1


Qollar: Aqbonlahor, 22 (1:0), Berahyno, 66 (1:1) Benteke, 90+4 (2:1)



“Hall Siti” – “Sanderlend” - 1:1


Qollar: N'Doye, 15 (1:0), Rodvel, 77 (1:0)



“Sautqempton” – “Kristal Pelas” - 1:0


Qol: Mane, 83



“Nyukasl” – “Mançester “Yunayted” - 0:1


Qol: Yanq, 89


Mənbə
ANS PRESS