"Səsinizi kəsin!" (VİDEO)
"Liverpul"un italiyalı futbolçusu Mario Balotelli öz "instagram" hesabından sərt sözlər dilə gətirib. ANS PRESS-in məlumatına görə, daim çılğın hərəkətləri ilə gündəmə gələn Mariodan bu dəfə bu ifadələr səslənib:
"Siz məni tanıyırsız? Siz heç məndən şəxsən söhbət eləmisiz? Siz ancaq məni futbol matçından izləmisiz. Ona görə də səsinizi kəsin!"
Bu arada Madridin “Real” klubunun baş məşqçisi Joze Mouyrinyo Balotelli haqda maraqlı fikirlər səsləndirib.
Portuqaliyalı mütəxəssis İtaliya “İnter”ində işlədiyi zaman Balotellinin də orada oynadığını xatırladıb.
“Mən onunla iki il bir yerdə işləmişəm. Bu futbolçu barədə 200 səhifəlik kitab yazaram. Bu, dramatik yox, kometiya janrında bir əsər olar. Mario çox rəqibə insandır. Sizə bir faktı danışım. Biz “Rubin”lə Çempionlar Liqasının oyununda qarşılaşırdıq. Milito və Eto'o həmin görüşdə iştirak edə bilmədiyindən meydana Balotellini buraxdım. O, birinci hissənin sonlarında sarı vərəqə aldı. Fasilədə Marioya dedim ki, kobud oynama, rəqibin təxribatına uyma və mübahisə etmə. Görün, bu sözlərdən sonra nə baş verdi? Mario ikinci hissədə meydana çıxan kimi qırmızı vərəqə aldı”, – deyə Mourinyo bildirib.
ANS PRESS