İdman

Səkkiz yaşlı sumqayıtlı idmançıdan növbəti zəfər

Metbuat.az

Sumqayıt, 10 mart,

AZƏRTAC

 


Azərbaycan Budo Döyüş Növləri Federasiyasının Hövsan Olimpiya kompleksində təşkil etdiyi respublika çempionatında 100-ə yaxın idmançı gücünü sınayıb. Sumqayıtlı Saday Qasımzadə növbəti dəfə çempion olub.


AZƏRTAC

xəbər verir ki, yarışda 20–dən 100 kiloqramadək olan idmançılar iştirak edib. Çempionatda diqqət çəkən idmançılardan biri də 8 yaşlı sumqayıtlı Saday Qasımzadə olub. Dünya çempionu növbəti dəfə qələbə qazanmaq üçün 3 rəqiblə görüşüb. Saday Qasımzadənin rəqibindən daha güclü olması heç kimdə şübhə doğurmurdu. S.Qasımzadə bütün rəqiblərini tam qələbə ilə məğlub edərək növbəti çempionluq yaşayıb. Onun məşqçisi qaydasız döyüş növü üzrə idmançı olan əmisi Natiq Qasımzadədir.


Xatırladaq ki, S.Qasımzadə ötən ilin iyul ayında Dünya kubokunun qalibi olub. Bundan başqa o, Ukraynanın Lvov şəhərində keçirilən dünya çempionatından da Vətənə qızıl medal gətirib.