İdman
AZƏRTAC
Şəhriyar Məmmədyarov Reykyavikdə beynəlxalq şahmat turnirini altıncı pillədə başa vurub
Bakı, 19 mart,
AZƏRTACİslandiyanın paytaxtında keçirilən “Reykyavik Open 2015” beynəlxalq şahmat turniri başa çatıb.
AZƏRTAC
xəbər verir ki, İsveçrə sistemi üzrə 10 turdan ibarət keçirilən yarışın qalibi 8,5 xal toplayan niderlandlı Ervin Lami olub. Sonuncu turda Hindistan təmsilçisi Abhiyet Qubta ilə sülh bağlayan Şəhriyar Məmmədyarov 7,5 xalla turniri altıncı yerdə başa vurub. Zeynəb Məmmədyarova isə rəqibinə məğlub olaraq aktivinə 4,5 xal yaza bilib.
Turnirdə 37 ölkədən 275 zəka sahibi iştirak edib.