İdman

Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Azərbaycanda səfərdə olan Rusiya Prezidentinin köməkçisi, Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitinin başçılıq etdiyi nümayəndə heyəti martın 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyub.


AZƏRTAC

xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


Qonaq Azərbaycanın və SSRİ-nin Xalq Artisti, dünya şöhrətli ifaçı Müslüm Maqomayevin də məzarını ziyarət edib, önünə gül dəstələri qoyub.