İdman

Ronaldo Messini geridə qoydu (VİDEO)

Metbuat.az

“Real”ın hücumçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb.



ANS PRESS-in məlumatına görə, ötən gecə “Şalke”yə qarşı oynadığı oyunda iki dəfə fərqlənən


ulduz futbolçu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayını 78-ə çatdırıb.



O, bu göstərici ilə də “Real”ın sabiq hücumçusu Raul Qonzalesi və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.



Xatırladaq ki, "Real" "Şalke" oyununda qapılara yeddi qol vurulub – 3:4. Qazanılan qələbəyə baxmayaraq iki oyunun nəticəsinə görə "Şalke" turnirlə vidalaşıb, “Real” növbəti mərhələyə adlayıb. Ronaldo isə bu oyunda dubl edib.



Mənbə
ANS PRESS