İdman
Milli.Az
""Real Madrid"lə düşmək istəmirdik"
"Atletico Madrid"in yarımmüdafiəçisi
Mario SuarezÇempionlar Liqasının 1/4 final mərhələsində "Real"la düşməyi istəmədiklərini eitraf edib.
Goal.azxəbər verir ki, futbolçu həm də hər iki oyunda qələbəyə oynayacaqlarını söyləyib.
""Real Madrid" böyük klubdur. Onlar yüksələn xətlə yollarına davam edir. Heç kim Çempionlar Liqasının 1/4 finalında bu komanda ilə qarşılaşmaq istəmirdi. Hər iki oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Təzyiq böyük olacaq. Bu oyunlar derbi adını daşıyır. Hər kəsə bu görüşləri izləməyi məsləhət görürəm. "Atletico" üçün keçmiş və ötən mövsümdəki final əhəmiyyət daşımır. Bu, sadəcə bir xatirədir. Biz Avropada ən yaxşılar sırasında olmaq üçün mübarizə aparacağıq".
Milli.Az