İdman
Mənbə
ANS PRESS
"Real"dan növbəti transfer
Madridin "Real" klubu heyətini gücləndirib.
ANS PRESS-in məlumatına görə, İspaniya nəhəngi "Portu"nun futbolçusu Danilo Luis da Silvani transfer edib.
Futbolçu yeni mövsümdən etibarən Madrid təmsilçisində çıxış edəcək. Komanda 23 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalayacaq.
"Real"ın bu transfer üçün "Portu"ya 20 milyon avro təzminat ödəyəcəyi bildirilib.
Mənbə
ANS PRESS