İdman
ANS PRESS
"Real" "Barselona"ya "yox" dedi
İspaniya kubokunun final mərhələsində mayın 30-u keçiriləcək "Atletik" - "Barselona" matçının harada keçiriləcəyi hələ müəyyənləşməyib.
ANS PRESS-in məlumatına görə, hər iki klubun razılığı ilə federasiyaya oyunun "Santyaqo Bernabeu"da keçirilməsi üçün müraciət ünvanlansa da, "Real" bu təklifə müsbət cavab verməyib.
Belə ki, oyunun keçirilməsi üçün "kral" klubuna 1 milyon avro təklif olunsa da, qarşı tərəf bunu qəbul etməyib.
Qeyd edək ki, anoloji hadisə 2012-ci ildə də baş vermişdi.
MənbəANS PRESS