İdman

Qırmızı vərəqə almamaq üçün özünü ölülüyə vurdu (VİDEO)

Metbuat.az

Libertadores kubokunda dünən baş tutan "Barselona" SC - "Atletiko Nasyonal" matçının sonlarına yaxın maraqlı hadisə yaşanıb.



ANS PRESS-in məlumatına görə, Ekvadorun "Barselona"sı olan komandanın qapıçısı Maksimo Banqura etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb. Belə ki, qapıçı qırmızı vərəqə almamaq üçün özünü ölülüyə vurub. Bu hərəkət hakimi aldatmayıb və ayağa durandan sonra qapıçıya qırmızı vərəqə göstərilib.



Oyuna gəldikdə isə "Barselona" SC doğma meydanda 1:2 məğlub olub.



Mənbə
ANS PRESS