İdman

“Qəbələ”nin U-14 komandası Hollandiyada “Teksel Cup” turnirində dördüncü olub

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Hollandiyada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən “Teksel Cup” turnirinə yekun vurulub.


AZƏRTAC

xəbər verir ki, mükafat uğrunda beş yerli klubla birlikdə mübarizə aparan “Qəbələ” yarışın sonuncu günündə iki oyun keçirib. Baş məşqçi Xaqani Məmmədovun komandası günü 1 xalla başa vurub. “Teksel-94”ə 0:1 hesabı ilə uduzan “Qəbələ” “Feyenoord” ilə qarşılaşmadan heç-heçə ilə ayrılıb.


“Qəbələ” 5 xalla turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi adını isə 11 xal toplayan “Tvente” qazanıb.