"Qarabağ" "Xəzər Lənkəran"a, "İnter" "Neftçi"yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək.
Qol.az
-ın məlumatına görə, turun bütün qarşılaşmaları bu günə nəzərdə tutulub.
Günün ilk oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Burada “Neftçi” “İnter”i qəbul edəcək. Turnir cədvəlinin 2-ci və 3-cü pilləsində yerləşən komandaların oyunu maraqla gözlənilir.
İkinci oyunda paytaxt klubları üz-üzə gələcək. AZAL öz meydanında “Bakı”nı sınağa çəkəcək.
Lider “Qarabağ” Respublika stadionunda “Xəzər Lənkəran”la üz-üzə gələcək.
Günün son oyununda “Sumqayıt” “Qəbələ”nin qonağı olacaq.
8 mart
15:00. “Neftçi” – “İnter”
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:00. AZAL – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov
AZAL Arena
17:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Cavanşir Yusifov, Munis Abdullayev
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov
Qəbələ şəhər stadionu
N Klublar O Q H M T-F X
1 Qarabağ 21 14 4 3 36-19 46
2 İnter 21 10 10 1 35-10 40
3 Neftçi 22 11 6 5 27-16 39
4 Simurq 22 8 5 9 31-26 29
5 Qəbələ 22 7 7 8 26-31 28
6 AZAL 21 6 7 8 22-29 25
7 Xəzər Lənkəran 21 6 5 10 26-30 23
8 Sumqayıt 21 4 7 10 20-29 19
9 Bakı 21 2 5 14 15-48 11
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0
Bombardirlər
Nurlan Novruzov ("Bakı") - 11 qol
Draqan Çeran ("Simurq") - 10 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Freddi Mombonqo (AZAL) - 6 qol
Reynaldo Silva ("Qarabağ") - 6 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol
Milli.Az