İdman

"Qarabağ" və "Neftçi" yarımfinalda

Metbuat.az

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, 4 oyunda yarımfinala vəsiqə qazanacaq 4 komanda müəyyənləşəcək.



Artıq iki qarşılaşma başa çatıb. AZAL - "Neftçi" cütünün taleyini bir qol həll edib. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Cavab qarşılaşmasında bir qol vuran "Neftçi" yarımfinala çıхıb. Yeganə qola 19-cu dəqiqədə Julius Vobay imza atıb.



İlk oyunda "Bakı"nı 3:0 hesabı ilə yenən "Qarabağ" cavab matçında da darmadağına sevinib - 4:1. Hesabı 8-ci dəqiqədə Mahir Mədətov açıb. 7 dəqiqə sonra Vüqar Nadirov bərabərliyi təmin edib. 57-ci dəqiqədə Cavid Tağıyev "Qarabağ"ı hesabda önə keçirib. 59-70-ci dəqiqələrdə iki qol vuraraq het-trikini rəsmiləşdirən Vüqar Nadirov komandasının darmadağına sevinməsinə səbəb olub.



Digər iki oyun isə saat 17.00-da start götürəcək. "Xəzər Lənkəran" doğma meydanda "İnter"i, "Simurq" isə "Qəbələ"ni qəbul edəcək. "İnter" ilk oyunda 2:0, "Simurq" isə 3:0 hesablı qələbə qazanaraq yarımfinala böyük ölçüdə vəsiqə qazanıb.



Azərbaycan Kuboku


1/4 final


Cavab oyunları



13 mart


AZAL - Neftçi 0:1


Qol: Julius Vobay, 19.



Bakı - Qarabağ 1:4


Qollar: Mahir Mədətov, 8 - Vüqar Nadirov, 15; 59; 70. Cavid Tağıyev, 57.

Mənbə
ANS PRESS