İdman

"Qarabağ" və "Neftçi" yarımfinalda

Metbuat.az

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Qarabağ"ı qəbul edib. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi bu dəfə də rəqibinə göz açmağa imkan verməyib.

Hesabı 8-ci dəqiqədə "Bakı"nın heyətində Mahir Mədətov açsa da, "Qarabağ" futbolçuları təşəbbüsü ələ ala biliblər. 15, 59 və 70-ci dəqiqələrdə Vüqar Nadirov, 57-ci dəqiqədə isə Cavid Tağıyev fərqlənib - 1:4.

Digər oyun AZAL və "Neftçi" komandaları arasında keçirilib. İlk görüşdə qolsuz bərabərlik qeydə alınsa da, cavab oyununda "Neftçi" Julius Vobayın qolu ilə minimal hesablı qələbə qazana bilib - 0:1.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az