İdman

"Qarabağ" millini uddu

Metbuat.az

Millinin oyununa görə Topaz Premyer Liqasında fasilə yaranıb. ANS PRESS-in məlumatına görə, fasilədən yararlanan "Qarabağ" bu gün yoхlama oyunu keçirib.



Qurban Qurbanov yetirmələrini Bakıda təlim-məşq toplanışında olan 21 yaşədək futbolçulardan ibarət milli komandamızla oyunda sınayıb. Oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 8-ci dəqiqədə milli komandadan Seymur Əsədov açıb. 4 dəqiqə sonra "Qarabağ"ın yeni transferi Dani Quintana bərabərlik qolunu vurub. 18-ci dəqiqədə İlqar Qurbanov, 67-ci dəqiqədə isə Leroy Corc U-21-i məyus edib. 89-cu dəqiqədə isə Samir Məsimov son nöqtəni qoyub.



Qeyd edək ki, U-21 bundan əvvəl AZAL-la yoхlama oyunu keçirib və 0:3 hesabı ilə uduzub.



Yoхlama oyunu


26 mart



Qarabağ - Azərbaycan (U-21) 3:2


Qollar: Dani Quintana, 12. İlqar Qurbanov, 18. Leroy Corc, 67 - Seymur Əsədov, 8. Samir Məsimov, 89.


"Bakı"nın təlim-məşq bazasının stadionu.

Mənbə
ANS PRESS