"Qarabağ"ın futbolçusunun komandası dərs keçdi, Ermənistanda istefa verildi (VİDEO)
Ermənistan millisinin baş məşqçisi vəzifəsindən istefa verib.
ANS PRESS-in məlumatına görə, isveçrəli mütəxəssis Bernar Şalland Ermənistan futbol üzrə yığmasının baş məşqçisi vəzifəsindən özü istefa verib və onun istefası Ermənistanın futbol federasiyasının prezidenti tərəfindən qəbul edilib.
Şalland öz postunu erməni futbolçularının Avropanın çempionatının seçmə yarışı çərçivəsində albanlara (1:2) məğlubiyyətindən sonra tərk etməyə qərar verib.
Bu uğursuzluqdan sonra Ermənistanın yığması I qrupunda bir xalla Serbiya ilə son yeri bölür.
Qeyd edək ki, ötən gün AVRO-2016-nın seçmə mərhələsində Albaniya millisi Ermənistan yığmasını 2:1 hesabı ilə mğlub etmişdi. “Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin start heyətində oynayırdı. Albaniya millisinin əsas üzvlərindən olan müdafiəçi oyunu ilə diqqəti özünə cəlb edə bilib.
ANS PRESS