İdman

“Qarabağ”ın futbolçusu ermənilərə qarşı 90 dəqiqə oynadı

Metbuat.az

Bu gün AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları davam edir. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolinin milli komandası Albaniya evdə Ermənistanla qarşılaşıb.

Hesabda geri düşən meydan sahibləri 2-ci hissədə vurduqları 2 topla 3 xal qazanıb.

Beləliklə, erməniləri 2:1 hesabı ilə məğlub edən Albaniya xalını 7-yə çıxarıb və İ qrupunda müvəqqəti də olsa, 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Aqoli meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb.