İdman
“Qarabağ” futbol komandası 2015-ci ildə ilk transferini gerçəkləşdirib
Bakı, 4 mart,
AZƏRTACAğdamın “Qarabağ” futbol komandası 2015-ci ildə ilk transferini gerçəkləşdirib.
Klubdan
AZƏRTAC-a bildiriblər ki, Ağdam təmsilçisi ispaniyalı yarımmüdafiəçi Dani Kintananı heyətinə cəlb edib.
“Valensiya” klubunun yetirməsi olan futbolçu karyerası ərzində daha çox İspaniya komandalarında çıxış edib. Polşanın “Yagelloniya” klubunda da forma geyən futbolçu bu ölkənin birinci liqasında 15 qol vurub. Bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın “Əl-Əhli” klubuna transfer olunun Dani “Qarabağ”a azad transfer kimi keçib.
Ağdam təmsilçisi ilə futbolçu ilə 3 illik müqavilə bağlayıb.