İdman
"Qarabağ"da itki
Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta oyununda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumunun ciddi olduğu müəyyənləşib.
Milli.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün yarımmüdafiəçi müayinə edilib.
Müayinədən sonra futbolçunun ön çarpaz bağlarının sıradan çıxdığı müəyyənləşib. Bu səbəbdən N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Müayinədən sonra futbolçunun ön çarpaz bağlarının sıradan çıxdığı müəyyənləşib. Bu səbəbdən N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Klubun saytına açıqlamasında o bildirib: “Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdır. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur”.
Milli.Az
Milli.Az