"Qalatasaray"da Droqba sürprizi (FOTO)
"Qalatasaray" forması geyinmiş ulduz futbolçu köhnə klubunu ziyarət edib.
ANS PRESS-in məlumatına görə, "Çelsi"də forma geyinən Didye Droqba liqada növbəti oyuna hazırlaşan klub futbolçularını ziyarət edib. Bu sürpriz ziyarət komandanı xeyli təəccübləndirib.
Sarı-qırmızılı klubda 1,5 mövsüm forma geydikdən sonra İngiltərənin yolunu tutan futbolçu tətil üçün İstanbulu seçib. Ailəsi ilə birlikdə Türkiyəyə gələn Droqbanın ilk baş çəkdiyi yer isə "Qalatasaray" düşərgəsi olub.
Məşqdən əvvəl meydançaya daxil olan Droqba "Qalatasaray"lı futbolçularla tək-tək sarılaraq salamlaşıb. Fil dişili ulduzun Uesli Sneyder və Selçuq İnanla dialoqu isə xüsusi diqqəti çəkib.
Didye Droqba ziyarət zamanı köhnə klubu ilə maraqlı açıqlamalar verib: "İstanbulda olmaqdan və yenidən "Qalatasaray" düşərgəsində olmaqdan çox xoşbəxtəm. Bu komandanın çempionluq hədəfi var. Bunun üçün də hamımız onlara dəstək verməliyik. Çempion olduğumuzda isə qələbəni gəlib sizinlə birgə qeyd edəcəyəm", - deyə futbolçu söyləyib.
ANS PRESS