İdman

Pyetro Qedin: "Məğlubiyyətə layiq deyildik"

Metbuat.az

"Futbol riyaziyyat deyil. Öncədən nəyisə hesablamaq olmur. Udmaq da olar, uduzmaq da. Hamısından asanı uduzmaqdı. Amma biz bu gün məğlubiyyətə layiq deyildik. Öz günahımızdan uduzduq. Azərbaycanlılara stimul da yardım etdi".



ANS PRESS-in məlumatına görə, bu sözləri millimizlə oyundan sonra Malta yığmasının baş məşqçisi Pyetro Qedin deyib.



Baş məşqçi 0:2 hesablı məğlubiyyətlə bağlı danışıb: "Birinci hissədə biz yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar verirdik. İkinci hissədə 4-4-2 taktiki düzülüşünə keçdik. Fasilədən sonra yaxşı oynadıq".

Mənbə
ANS PRESS