İdman
Mənbə
ANS PRESS
Prosineçkinin həmyerliləri millimizə "toy tutdu"
Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin 2-ci qrupunun oyunlarına start verilib.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə Portuqaliya və Serbiya yığmaları üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Turun ikinci oyununda isə millimiz Xorvatiyanı sınağa çəkib. A millimizin baş məşqçisi Robert Prosineçkinin həmyerliləri komandamıza divan tutub - 4:0.
Avropa çempionatı
Elit-raund (U-17)
2-ci qrup, 17 mart
Portuqaliya - Serbiya 0:0
Xorvatiya - Azərbaycan 4:0
Qollar: Karlo Mayiç, 23; 62. Martin Erlik, 64. Adrian Bleciç, 79.
Mənbə
ANS PRESS