İdman

Prosineçkidən Kamran Ağayevlə bağlı açıqlama

Metbuat.az

"Kamran Ağayevi milliyə çağıracam". ANS PRESS-in məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.



Xorvat mütəхəssis Kamranın son iki matçda "Kayserispor"un əsas heyətində yer almasından хəbərdar olduğunu bildirib: "Onun son 2 qarşılaşmada meydana çıxmasına şadam. Ümidvaram ki, daim oynayacaq. Ağayevi milliyə çağıracağıq. Amma onu da nəzərə almalıyıq ki, son aylarda Türkiyə Kubokunda 1, I liqada isə 2 matçda meydana çıxıb. Oyun təcrübəsi tam çatışmır. Milliyə çağırıb baxacağıq".



Qeyd edək ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” Super Liqaya vəsiqə qazanmağa ən real namizədlərdən biridir. “Sarı-qırmızılar” hazırda PTT 1-ci Liqaya 50 xalla liderlik edir. Şota isə 2010 - 2012-ci illərdə həmin komandada baş məşqçi işləyib.

Mənbə
ANS PRESS