İdman

Prosineçki: "Bu oyun çempionluğun taleyini həll edə bilər"

Metbuat.az

Azərbaycan millisinin baş məşqçisi

Robert Prosineçki

bu gün İspaniya La Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyunu ilə bağlı fikirlərini açıqlayıb.



Qol.az

-ın xəbərinə görə, bir vaxtlar futbolçu kimi adları çəkilən hər iki komandada çıxış etmiş Prosineçki goal.com saytına müsahibəsində qeyd edib ki, bugünkü qarşılaşma çempionluğun taleyini həll edə bilər.



“Mən bir çox “El Klassiko”da oynamışam. Hər iki komandanın formasını geyinmişəm. Əminliklə deyə bilərəm ki, bu, əsl derbidir. “Barselona” yaxşı formada olmasına baxmayaraq, uduza, ya da “Real” son vaxtlar xal itirsə də, bu matçda üç xal qazana bilər. Bir sözlə, bu cür derbidə nələrin baş verəcəyini proqnozlaşdırmaq olmur”.



Prosineçki bildirib ki, bugünkü oyun əvvəlikilərdən fərqlənəcək: “Turnir cədvəlində komandalar arasında cəmi bir xal fərq var. Ona görə də qeydə alınacaq nəticə çempionluğun taleyini həll edə bilər”.



Millimizin çalışdırıcısı

Luis Enrike

nin “Barselona”ya fərqli oyun üslubu gətirmədiyini söyləyib. Onun fikrincə, 2015-ci ilin əvvəlində Enrike ilə “Barsa”nın lideri

Lionel Messi

arasındakı gərginlik artıq yoxdur: ““Barselona” eyni üslubda oynayır. Sadəcə, bir klubun bu qədər ulduz futbolçusunun olması böyük şansdır. Messi,

Suares, Neymar, İnyesta

bir hərəkətləri ilə oyunun taleyini həll etmək gücündə olan futbolçulardır”.  



Milli.Az