Pirs О'Kallahan: "Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır"
"Azərbaycanın Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır".
Trend-in məlumatına görə, bunu Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru
Pirs О'KallahanBakıda mətbuat konfransında deyib. Onun sözlərinə görə, əcnəbi qonaqlar qeyd edirlər ki, bu, indiyədək gördükləri ən yaxşı gimnastika arenasıdır:
"Biz şübhə etmirik ki, arena altı növ üzrə yarışlara tam hazırdır". P. О'Kallahan qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının böyük texniki təcrübəsi var: "Federasiyada Olimpiya Oyunlarında hakimlik edən bir çox beynəlxalq hakim var. Bundan başqa, məşqçilər zəruri kvalifikasiyalara malikdirlər. Buna görə də qətiyyən şübhə etmirik ki, arena və önəmlisi, insanlar (Azərbaycan Gimnastika Federasiyasındakı - red.) lazımi səviyyədədirlər".
Milli.Az