İdman

Pike: "Onlar üçün kim darıxmaz ki..." - MÜSAHİBƏ

Metbuat.az
İspaniya millisinin və "Barselona"nın müdafiəçisi Jerar Pike "facebook" sosial şəbəkəsində azarkeşləri ilə söhbət edib.
 
Milli.Az qol.az-a istinadən bildirir ki, təcrübəli futbolçu fanatlarını maraqlandıran sualları cavablandırıb: 
 
- Birgə oynadığın ən yaxşı müdafiəçi?
 
- Rio Ferdinand ("Mançester Yunayted") və Karles Puyol ("Barselona").
 
- Əgər futbolçu olmasaydın, hansı idman növünü seçərdin?
 
- Basketbol və ya tennis.
 
- Çempionlar Liqasında debüt matçını xatırlayırsan?
 
- Bəli, ilk dəfə "Fənərbaxça"ya qarşı oynadım. Həmin vaxt 17 yaşım var idi.
 
- Əsasən müdafiə olunmağı, yoxsa qol vurmağı xoşlayırsan?
 
- Müdafiə olunmağı. Ancaq təbii ki, qol vurmaq müdafiəçiyə böyük sevinc bəxş edir.
 
- Hansı hücumçulara qarşı oynamaq sənə hər zaman çətin olub?
 
- Kriştianu Ronaldu və Didye Droqba.
 
- Mançesteri hələ də sevirsən?
 
- Bəli, orada çox gözəl günlər keçirmişəm.
 
- Necə düşünürsən, "Barselona" cari mövsüm mübarizə apardığı 3 turnirdə də kuboku qazana biləcəkmi?
 
- Məncə, bu mösüm daha artığını edə bilərik.
 
- Paltardəyişmə otağında Karles Puyol və Sesk Fabreqas üçün darıxırsan?
 
- Bəli, çox darıxıram. Onlar üçün kim darıxmaz ki?
 
- Lionel Messi birgə oynadığın ən yaxşı futbolçudur?
 
- Əlbəttə.
 
- Vurduğun ən sevimli qol hansıdır?
 
- "Santyaqo Bernabeu"da "Real"a 6:2 hesabı ilə qalib gəldiyimiz görüşdə vurduğum qol.
 
- Uşaqlıqda futbol kumirin kim idi?
 
- Xristo Stoiçkov və Ronald Kuman.
 
- "Barselona" ilə bağlı ən yaxşı anın?
 
- Bir mövsümdə qazandığım üç kubok.
 
Milli.Az