İdman

Özil: "Qızıl top"u qazanmaq istəyirəm"

Metbuat.az
"Arsenal"ın futbolçusu Məsut Özil iddialı açıqlama verib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, türk əsilli alman yarımmüdafiəçi məqsədinin "Qızıl top"u qazanmaq olduğunu deyib:
 
"Daha yaxşı formada olmaq üçün çalışıram. Gələcək illərdə "Qızıl top" mükafatını qazanmağı hədəfləyirəm. Bunu bacaracağıma inanıram".
 
M.Özil Almaniya millisi ilə "Avro-2016"nın qalibi olmaq istədiyini də söyləyib:
"Son dünya çempionu olaraq Avropanın da ən güclüsü olmağı düşünürük. Hazırda heyətimiz daha güclü futbolçulardan təşkil olunub".

Milli.Az