İdman

Olimpiya çempionu ölü tapıldı

Metbuat.az

2004-cü ildə ağır atletika üzrə Olimpiya çempionu olmuş Milen Dobrev evində ölü tapılıb.



ANS PRESS-in məlumatına görə, Reuters agentliyi xəbər verir ki, 35 yaşlı bolqar idmançının meyitini onun valideynləri tapıblar.



Bolqarıstan Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, meyitin üzərində heç bir zorakılıq əlaməti yoxdur, idmançının ölümünün səbəbləri hələlik dəqiq bilinmir.



Qeyd edək ki, Milen Dobrev 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunlaında ağır atletika üzrə çempion olmuşdu. Bundan başqa o, 2003-cü ildə Dünya çempionatında qızıl medal qazanmışdı.

Mənbə
ANS PRESS