İdman

“Neftçi” klubunun prezidenti istefa verib

Metbuat.az

[ 30 Mart 2015 14:43 ]


Bakı-APA. “Neftçi”nin prezidenti Sadıq Sadıqov vəzifəsindən ayrılmaq qərarına gəlib.

Klubdan apasport.az saytına verilən məlumata görə, Sadıqov artıq istefa verib. İstefanın səbəbi açıqlanmır.

Qeyd edək ki, 2009-cu ildən “Neftçi”nin rəhbər vəzifəsini yerinə yetirən Sadıq Sadıqovun dövründə komanda 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub, 1 dəfə də Avropa Liqasının qrup mərhələsində iştirak edib.