İdman

“Neftçi” klubunun prezidenti istefa verdi

Metbuat.az

“Neftçi”nin prezidenti Sadıq Sadıqov vəzifəsindən ayrılmaq qərarına gəlib.

Klubdan apasport.az saytına verilən məlumata görə, Sadıqov artıq istefa verib. İstefanın səbəbi açıqlanmır.

Qeyd edək ki, 2009-cu ildən “Neftçi”nin rəhbər vəzifəsini yerinə yetirən Sadıq Sadıqovun dövründə komanda 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub, 1 dəfə də Avropa Liqasının qrup mərhələsində iştirak edib.