İdman
Murmansk vilayətində yaşayan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Murmansk, 7 mart,
AZƏRTACRusiya Federasiyasının Murmansk vilayətinin Oleneqorsk şəhərində 18-20 yaşlı idmançılar arasında yunan-Roma güləşi üzrə yarışlar keçirilib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun
AZƏRTAC-a verdiyi məlumata görə, 50 kiloqrama qədər çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə bizim həmyerlimiz - əslən Lənkəran rayonunun Boladi kəndindən olan, hazırda Murmanskda yaşayan Rahid Nəsirzadə qalxıb.