"Monako" 1/4 finalda
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, bu gecə iki qarşılaşma baş tutub.
Artıq bir oyun başa çatıb. Bu matçda "Monako" "Arsenal"ı sınağa çəkib. Fransa klubu Londonda baş tutan ilk oyunda 3:1 hesablı qələbə qazanıb. İngilislər mərhələ keçmək üçün ən azı 3:0 hesablı qələbə qazanmalı idi. Lakin Arsen Vengerin yetirmələri bu vəzifənin öhdəsindən gələ bilməyib. İngilislər 2:0 hesablı qələbə qazanaraq turnirlə vidalaşıblar.
Günün ikinci oyunu - "Atletiko" - "Bayer" matçı davam edir. Madrid klubu səfərdə bu komandaya 0:1 hesabı ilə uduzmuşdu. Bu dəfə isə əsas vaхtda eyni hesablı qələbə qazanıb. Hazırda əlavə vaхt oynanılır.
Qeyd edək ki, "Real" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa) və "Portu" (Portuqaliya) 1/4 finala çıхıb. Qalan iki vəsiqənin sahibi bu gün müəyyənləşəcək. "Barselona" (İspaniya) "Mançester Siti"ni (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) isə "Yuventus"u (İtaliya) sınağa çəkəcək.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
17 mart
23.45 Atletiko (İspaniya) - Bayer (Almaniya) 1:0
Qol: Mario Suares, 27.
İlk oyun - 0:1.
Madrid. "Visente Kalderon" stadionu.
23.45 Monako (Fransa) - Arsenal (İngiltərə) 0:2
Qollar: Olivier Qiroud, 36. Aaron Ramsey, 79.
İlk oyun - 3:1.
Mənbə
ANS PRESS